Misli Premyer Liqasının IX turunda "Kəpəz" "İmişli"ni qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda baş tutacaq.

"Kəpəz" ötən tur bu mövsümkü ilk qələbəsini və xallarını qazanıb. Buna baxmayaraq onlar hələ də sonuncu yerdədir.

Debütant "İmişli"ni isə mövsümün sürprizlərindən biri adlandırmaq olar. Onlar 8 tura 9 xal toplamağı bacarıblar.


Misli Premyer Liqası, IX tur

24 oktyabr (cümə)

17:00 “Kəpəz” – “İmişli”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov

VAR: Cavid Cəlilov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldar Məmmədov

Qəbələ şəhər stadionu