RU

Wolt Rewards: Hər sifarişi daha faydalı edən yeni loyallıq proqramı

Bakı. Trend:

Wolt sizə hər sifarişi daha əyləncəli və sərfəli edən yeniloyallıq proqramı olan Wolt Rewards-u təqdim edir.Restoranlardan, mağazalardan və ya Wolt Market-dən verilən hərsifarişlə istifadəçilər xal toplayır və bu xalları gələcəksifarişlərində istifadə edə bilirlər.

Wolt Rewards ilə hər sifariş xala çevrilir vəistifadəçilər pillələrdə irəlilədikcə daha çox xal qazanırlar. Cəmidörd pillə mövcuddur və hər pillə daha sürətli xal toplamaq və yeniimkanların açılmasına şərait yaradır. Bundan əlavə, proqramdamütəmadi olaraq yeni aylıq tapşırıqlar da görünür – qrupsifarişlərindən tutmuş müəyyən məkanlardan sifarişlərə qədər –istifadəçilərə əlavə xal qazanmaq və təcrübəni daha əyləncəli etməkimkanı yaradır.

Wolt Azərbaycanın Baş Meneceri TofiqSüleymanov qeyd edib:

“Wolt olaraq, məqsədimiz istifadəçilərimizin gündəlik həyatınıdaha rahat və xoş etməkdir. Wolt Rewards ilə butəcrübəni daha da zənginləşdiririk – müştərilərimizin etimadını həmfaydalı, həm də xoş sürprizlərlə mükafatlandırırıq. Bizim üçün hərsifariş istifadəçilərimizə bir az da əlavə dəyər verməkfürsətidir.”

Wolt Rewards artıq platformada aktivdir.İstifadəçilər öz hesablarından irəliləyişlərini izləyə, yenitapşırıqları kəşf edə və qazandıqları mükafatlardan birbaşayararlana bilərlər.

Daha ətraflı məlumat üçün: explore.wolt.com/az/aze/rewards

Избранный
37
3
az.trend.az

4Источники