9 ayın sosial göstəriciləri
QHT.az xəbər verir ki, yazılı və e-qaydada, “142” Çağrı mərkəzi və sosial şəbəkələr vasitəsilə edilmiş 1,6 milyondan çox vətəndaş müraciəti cavablandırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin 9 ayında 1,4 milyona yaxın vətəndaşın qəbulu həyata keçirilib.
Onlardan 134 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 1 milyon 263 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında və DOST mərkəzlərində qəbul edilib.
Həmçinin 2025-ci ilin yanvar-sentyabr aylarında 1 milyon 605,3 min (o cümlədən yazılı və e-qaydada 352,1 min, sosial şəbəkələr üzərindən 53,2 min, “142” Çağrı mərkəzi vasitəsilə 1,2 milyon) vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.