RU

Nazirlik süni intellektdən istifadəni genişləndirir

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, bunu DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi nazir Anar Əliyev deyib. “Əlillik altsistemində süni intellekt əsaslı funksionallıq hazırlanaraq istifadəyə verilib. Bu funsionallıq əsasında tibbi göndərişlərdə mətn analizi həyata keçirilir, şəxsi məlumatlar və sui-istifadələrə səbəb ola bilən həssas məlumatlar avtomatik aşkar edilərək tənzimlənir. Eyni zamanda, gələcək üçün əlillik altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi də hazırlanır. Bu mexanizm nəticəsində həm qərarvermə prosesi sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da artacaq. Süni intellekt həllərinin, həmçinin məşğulluq sahəsində fərdi məşğulluq proqramlarının hazırlanmasında, reabilitasiya sahəsində isə fərdi reabilitasiya və abilitasiya proqramlarının hazırlanmasında tətbiqi nəzərdə tutulur”,- deyə nazir diqqətə çatdırıb. AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
7
azvision.az

10Источники