2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) mətbuat xidməti məlumat yayıb.
Yeni qərara əsasən, mundial 4–11 oktyabr 2026-cı il tarixlərində baş tutacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir.
Fərdi mübarizələr 4–10 oktyabr tarixlərində, qarışıq komanda yarışları isə 11 oktyabrda keçiriləcək.
Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtımızda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunmuşdu.
Zelim Kotsoyev: "Qran-pridəki final görüşündə Hidayətin səsini eşidirdim"
Cüdoçularımız Qran-prini 9 medalla başa vurublar
Azərbaycan cüdoçuları Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar
Yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçirilib
Cüdoçularımızdan Qvadalaxara Qran-Prisinin ilk günündə 3 medal