RU

Hindistanda dəhşətli qəza 25 nəfər öldü VİDEO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Hindistanın cənubunda, Andhra Pradeş ştatında ağır qəza baş verib.

Milli.Az xəbər verir ki, hadisə nəticəsində azı 25 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Hadisə Kurnul rayonu yaxınlığındakı Çinnatekuru kəndində baş verib. Motosikletin arxadan sürətlə gələn sərnişin avtobusuna çırpılması nəticəsində nəqliyyat vasitəsi alovlanıb.

Sərnişinlərdən bəziləri pəncərələri sındıraraq avtobusdan çıxmağa nail olub, lakin bir çoxu içəridə yanaraq ölüb.

Hadisə zamanı avtobusda 44 sərnişin olub. On səkkiz nəfər yanmış vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.

Qəza zamanı motosiklet sürücüsü də hadisə yerində həyatını itirib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
1
news.milli.az

2Источники