RU

Ov qaydalarını pozan şəxslər saxlanılıb

Bakı. Trend:

“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinəriayət olunması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətininəməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanıŞabran rayonunun Xəzər dənizi sahil zolağında ov qaydalarını pozanşəxslər saxlanılıb.

Trend xəbərverir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatyayıb.

Bildirilib iki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərinTürkiyə Respublikası vətəndaşı Mervan Çağrı Tapınç və Bakı şəhərsakini Zahid Həsənov olduğu müəyyən edilib. Saxlanılan şəxslərin99-FF-776 dövlət qeydiyyat nişanlı “Niva” markalı nəqliyyatvasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş3 Şahin quşu, 1 göyərçin və 3 tələ aşkar olunub.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraqhər birinə 2000 manat məbləğində cərimə tətbiq edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğulolan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuşvaxtlarda, qadağan edilmiş alətlərlə ov etməkdən çəkinməyəçağırır.

Məqalədə:
Избранный
62
13
az.trend.az

10Источники