RU

Qəbələdə "Grace of nature" turnirinə start

Yazını böyüt
Yazını kiçilt

“İdman Paytaxtı” Qəbələdə bədii gimnastika üzrə “Grace of nature” turnirinə start verilib.

Hafta.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil edilən yarış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yarışın ilk günündə 2016-2019-cu il təvəllüdlü gimnastlar bacarıqlarını nümayiş etdiriblər.

Üç gün davam edəcək turnirdə gimnastlar “kiçiklər”, “balacalar”, “yeniyetmələr” və “gənclər” yaş kateqoriyalarında çıxış edirlər. Fərdi yarışlarda çoxnövçülük və alətlər üzrə proqramlar, qrup hərəkətlərində isə alətlərlə çıxışlar təqdim olunur.

Yarışın əsas məqsədi bölgələrdə bədii gimnastikanın inkişafına töhfə vermək, gənc istedadların bacarıqlarını üzə çıxarmaq və onların beynəlxalq arenaya hazırlanmasına şərait yaratmaqdır.

Qeyd edək ki, turnirə oktyabrın 26-da tarixində yekun vurulacaq. Yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan fərdi proqram üzrə 203 gimnast və 8 qrup hərəkətləri komandası iştirak edir.

Избранный
98
1
hafta.az

3Источники