RU

“Güc balansı Rusiyanın tərəfindədir” HƏRBİ EKSPERT

ain.az bildirir, Gununsesi portalına istinadən.

“Təəssüf ki, Ukraynada hərbi xidmətdən yayınanların sayı təxminən 3,5 milyon nəfərdir ki, bu da indiki dövr üçün çox ciddi rəqəmdir. Ümumilikdə isə xeyli sayda insanlar Ukraynanı tərk edib və hazırda 7 milyondan artıq ukraynalı Avropada yaşayır. Avropadan çağırış yaşına düşən insanları geri qaytarmaq isə mümkün görünmür”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib:

“Güc balansı bu gün əsasən Rusiyanın tərəfindədir. Minimal olsa da, irəliləyişlər var: Zaporoji istiqamətində üç kənd istiqamətində müəyyən əraziyə nəzarət güclənib. İlk dəfə Donbas istiqamətində modernləşdirilmiş “Lanset” pualarından zərbələr endirildiyi müşahidə olunub. Eyni zamanda, Rusiyanın ərazisində partlayışlar və digər hərbi hadisələr baş verir.

Sanksiyalar mövcuddur və ehtimal olunur ki, yeni sanksiyalar da tətbiq olunacaq. Lakin bu, Rusiyanı tam cilovlamağa yetmir. Rusiyanın hələ istifadə olunmamış silah arsenalı var və hazırda Ukraynanın ərazisinin təxminən 19%-i Rusiya nəzarətindədir”.

O, qeyd edib ki, Ukraynanın havadan müdafiəsi ciddi problemlərlə üzləşib:

“Odessadan başlayaraq Donbasın bütün cənub və şərq istiqamətləri Rusiyanın zərbələrinə açıqdır, qərb istiqamətinə isə zərbələr endirilmir. Elektrik verilişi məhduddur, gecə saatlarında yalnız 3-4 saat işıq verilir. Müharibənin ilk günündən etibarən Ukrayna havadan özünü tam qoruya bilmir.

Müharibənin cəlb etdiyi qüvvələr baxımından irəliləyişlər minimaldır: vəziyyət 18-19% ətrafında dəyişir, yəni Rusiyaya müəyyən ərazilərdə irəliləmə imkanı yaranır, lakin digər tərəfdə itkilər baş verir. Quru qoşunları üzrə ciddi irəliləyiş müşahidə olunmur.

Ukraynanın zərbələri isə Rusiya ərazisinə endirilən zərbələrə nisbətən dəfələrlə azdır və effektlilik baxımından kifayət qədər təsirli deyil”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
icma.az

1Источники