RU

General Hüseynov işdən çıxma səbəbini açıqladı

“Səhhətimdə problemlər yaranıb”.

Heftelik.az xəbər verir ki, bu barədə “Unikal”a açıqlamasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin sabiq birinci müavini İsmayıl Hüseynov deyib.

O bildirib ki, səhhətindəki problemlərlə bağlı həkim yoxlanışından keçib:

“Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm. Ötən gün Prezident İlham Əliyev işdən azad edilməyimlə bağlı Sərəncam imzaladı”, – deyə İ.Hüseynov əlavə edib.

Qeyd edək ki, İsmayıl Xəlil oğlu Hüseynov bir neçə gün əvvəl Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə azad olunub.

Избранный
6
12
heftelik.az

10Источники