Bakının Nərimanov rayonunda yerləşən binanın eyvanı uçaraq restoranın üstünə tökülüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Albert Aqarunov küçəsində baş verib.
Bu gün səhər saatlarında eyvan uçaraq "Başkent" restoranının üzərinə düşüb. Yaxınlıqda çalışanlardan öyrəndik ki, dördmərtəbəli bina qeyri-yaşayış obyekti olub.
Binada müxtəlif ofislər fəaliyyət göstərib. Tikili Nərimanov Rayon İcra Hakimiyyəti və Mənzil Kommunal Təssərüfatının balansında olmadığından dəyən ziyanla bağlı dəqiq məlumat yoxdur.
Fakt hüquq-mühafizə orqanları tərəfindən tərəfindən araşdırılır.
Binanın birnci mərtəbəsindəki iaişə obyektinin nümayəndəsi “Xəzər Xəbər”ə hadisənin təfərrüatını danışıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.