RU

Tramp: Ukrayna münaqişəsini Si Cinpinlə müzakirə edəcəyəm

BAKI, 25 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyada Çin Xalq Respublikasının sədri Si Cinpinlə keçirəcəyi görüşdə Ukrayna ilə bağlı məsələləri müzakirə edəcək.

Teleqraf xəbər verir ki, bunu Donald Tramp açıqlayıb.

Onun sözlərinə görə, söhbət zamanı Moskva və Kiyev mövzularına toxunulacaq və Vaşinqton Pekinin münaqişənin həllinə dəstəyinə ümid edir.

“Danışacağımız mövzulardan biri Rusiya və Ukrayna olacaq. Mən istərdim ki, Çin bizə Rusiya ilə bağlı məsələdə kömək etsin. Biz Rusiyaya qarşı çox ciddi və təsirli sanksiyalar tətbiq etmişik, amma Çin tərəfinin də bu prosesdə iştirakını görmək istərdim”, - ABŞ prezidenti vurğulayıb.

Избранный
89
17
teleqraf.com

10Источники