RU

Azərbaycanın yunan Roma güləşçiləri Vətənə qayıdıblar FOTO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatını komanda hesabında üçüncü yerdə başa vuran Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar.

İdman.Biz “Report”a istinadən xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, komanda mundialda iki qızıl və bir bürünc medal qazanaraq 93 xalla üçüncü olublar. Milli medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Azərbaycan yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılan heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
3
icma.az

10Источники