RU

Strateji əhəmiyyət kəsb edib böyük qələbəni yaxınlaşdıran Qubadlı əməliyyatı - Açıqlama

“Qubadlının işğaldan azad edilməsindədn 5 il ötür.  Qubadlının işğaldan azad edilməsi böyük  strataeji əhəmiyyətə kəsb edirdi. Bu rayanun işğaldan azad edilməsi isə Şuşanın işağdlan azad edilməsini və  işğalçı Ermənistan ordusunu ağır məğlubiyyətə düçar edərək böyük Qələbəni sürətləndirdi”.


 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrpusiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Komitə sədri bildirib ki, Qubadlı rayonu çox mühüm strateji əhəmiyyətə malik bir bölgədə yerləşir. “Azərbaycanın cənub qərbində yerləşən Qubadlı bir tərəfdən qərbə tərəfdən  Zəngəzur, şərq tərəfdən Qarabağ dağaları ilə əhatə olunan  və 120 km-lik Ermənistanla birbaşa sərhədə malikdir.   Ordumuz Qubadlı işğaldan azad etməklə Ermənistanla birbaşa  120 km-lik  sərhədə, eyni zamanda Laçının cənub istiqamətdə sərhədə çıxması strateji əhəmiyyət  kəsb edən əraziyə nəzarət etmək imkanı qazanmaqla  düşmən ordusu üzərində böyük üstünlüklər  qazandırdı.  Bu qələbə düşmən ordusunu ağır mənəvi psixoloji ruruma salmaqla  Azərbaycan ordusunun növbəti uğurlu hərbi əməliyytalarını davam etdirib Şuşanın azad edilməsinə yeni imkanlar açdı. Məhz Qubadlının işğalından sonra Azərbaycan ordusunun   erməni hərbi birləşmılərini ard-arda darmadağın edib Şuşa istiqamətində sürətli hərbi əməliyyatları davam etməyə  başladı. Çünki  Ermənistan istiqamətdən ordumuzun irəliləyinə mane ola biləcək    hərbi hərəkətlərin qarşısı alınmışdı. Bununla da düşmən ordusunun davamlı təminatında problemlər yarandı  Bu da öz növbəsində ordumuzun uğurlu əməliyyatını  davam etdirməyə yeni imkanlar qazandırdı. Qubadlının işğaldan azad edilməsinə qısa zaman sonra- noyabrın 8-də  Azərbaycan ordusu Şuşann işğaldan azad etməklə düşməni ağır məğlubiyyətə uğradaraq ağ bayaraq qaldırmasına vadar etdi”, - deputat qeyd edib.
 Deputat əlavə edib ki,  Qubadlının işağldan azad edilməsi bütün mənalarda  Azərbaycan üçün çox mühüm strateji əhəmiyyət kəsb edirdi:
"Şərqi Zəngəzur iqtisadi rayonunun təbii sərvətlərlə ən zəngin yerlərindən olan Qubadlı faydalı qazıntıları ilə zəngindir. Əminliklə deyə bilərəm ki, biz yenidən Qubadlını Azərbaycanın iqtisadi baxımdan ən gəlirli, ən yaşamalı rayonlarından birinə çevirəcəyik. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu. İşğaldan azad ediləndən sonra Ali Baş Komandan İlham Qubadlıya  dəfələrlə səfər edib. Ölkə Prezidentinin Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir və bu rayonun inkişafı ölkə iqtisadiyyatının daha da güclənməsinə öz töhfəsini verəcək.
İnanırıq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda bütün infrastruktur layihələr uğurla icra olunacaq, yurdumuzun bu cənnət guşəsinə yeni həyat gələcək".
 Mürtəza

Избранный
88
1
olke.az

2Источники