Ağstafada qəza baş verib.
Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan yük avtomobili magistral yola çıxan iki baş iribuynuzlu mal-qaranı vurub. Hadisə nəticəsində heyvanlar tələf olublar.
Faktla bağlı araşdırma aparılır.
 
                        