RU

İçərişəhərdə Zeytun Festivalı keçiriləcək

Bakı. Trend:

Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalıkeçiriləcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə bildirilib ki,tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinintəbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə millibrendin formalaşdırılmasına töhfə verməkdir.

Festival çərçivəsində zəngin yarmarka proqramı, konsertlər,rəssamların açıq hava plenarı, həmçinin sərgilər təşkil olunacaq.Qonaqlar həm müxtəlif bölgələrdən gətirilən zeytun və zeytunməhsulları ilə tanış olacaq, həm də İçərişəhərin tarixi mühitindəmaraqlı mədəni və əyləncəli anlar yaşayacaqlar.

İçərişəhərin özünəməxsus ab-havasında keçiriləcək bu festivalyerli sənətkarların, rəssamların, musiqiçilərin iştirakı ilə birgəənənə və müasirliyin vəhdətini nümayiş etdirəcək.

Bundan əlavə, festival çərçivəsində uşaqlar üçün xüsusi əyləncəproqramı da nəzərdə tutulub. Kiçik ziyarətçiləri oyunlar,yaradıcılıq guşələri və maraqlı ustad dərsləri gözləyir.

Tədbir hər kəs üçün açıqdır. Ziyarətçiləri dadlı məhsullar,canlı musiqi, sənət nümayişləri və ailəvi istirahət üçün unudulmazatmosfer gözləyir.

Избранный
58
14
az.trend.az

10Источники