RU

Rusiya Yusif Xəlilovu AZAD ETDİ

Azərbaycan prezidenti İlham Əliyevin diplomatik səyləri sayəsində Bakı ilə Moskva arasında “düyünlərin açılması” prosesi davam edir.

Voronejdəki Azərbaycan diasporunun rəhbəri, iş adamı Yusif Xəlilov Rusiyada həbsdən azad edilib.

İndi isə Xəlilov azadlıqdadır. Bu o deməkdir ki, Azərbaycan prezidenti İlham Əliyevin diplomatik səyləri öz bəhrəsini verir.

Xatırladaq ki, iyulun 1-də xüsusi təyinatlılar Xəlilovun evində axtarış aparıb, sonra o, sərbəst buraxılıb. Lakin avqustun 16-da Azərbaycan diasporunun lideri yenidən rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Yusif Xəlilov Voronejdəki ən böyük pərakəndə satış məntəqələrindən biri olan “Alekseyeviski” bazarının ortaq sahibidir.

Musavat.com

Избранный
90
editor.az

1Источники