ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris yenidən prezidentliyə namizəd ola biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində bildirib.
"Hələ işimi bitirməmişəm. Mən bütün karyeramı cəmiyyətimə xidmət etməyə həsr etmişəm və bu, mənim qanımdadır", - Harris deyib.
O, əlavə edib ki, növbəti ABŞ prezident seçkilərində qalib gəlmək şansının aşağı olduğunu göstərən sorğulara qulaq asmaq niyyətində deyil.