"Bizim raket və dron texnologiyamız Rusiyanı qabaqlayır".
Yenisabah.az fars-a istinadla xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Əziz Cəfəri deyib.
"Biz heç bir şəkildə hərbi imkanlarımızda ruslara güvənməmişik. O zaman, inqilabın ilk onilliyində liviyalılar və Şimali Koreya bizə kömək etdi. Onlardan bəzi şeylər haqqında texnoloji məlumat istədik və ya onların raketlərini yenidən dizayn etməyə icazə aldıq", - deyə "Sepah" generalı vurğulayıb. Marqarita pizza
O əlavə edib: "Ruslar o zaman kömək etmədilər, əksinə indi onlara raketlərimiz və dronlarımız lazımdır. Onların raketlərində dəqiqlik ehtimalı azdır".
Telegram kanalımız