RU

ASEAN a yeni dövlət üzv oldu

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şərqi Timor rəsmi olaraq Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) qoşulub.

Oxu.Az bu barədə ASEAN-nın saytına istinadən xəbər verir.

Bununla bağlı bəyannamə Kuala-Lumpurdakı sammitdə imzalanıb. Bununla da Şərqi Timor ASEAN-ın 11-ci üzvü olub.

Qeyd edək ki, Şərqi Timor Cənub-Şərqi Asiyanın ən kasıb ölkələrindən biridir və Timor adasının yarısını tutur.

Şərqi Timor dövləti 2002-ci ildə İndoneziyadan müstəqillik əldə etməklə yaradılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
47
3
oxu.az

4Источники