RU

Bu axşam El Klasiko var: xüsusi poster hazırlandı

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İspaniya La Liqasının Mətbuat Xidməti ölkə çempionatının 10-cu turunda baş tutacaq möhtəşəm "El-Klasiko" qarşılaşmasını qeyri-adi şəkildə təqdim edib.

Milli.Az xəbər verir ki, "Real Madrid" və "Barselona" arasında oyun 26 oktyabr, bazar günü Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Liqa rəhbərliyi matçı "Marvel" üslubunda hazırlanmış posterlə elan edib. Afişada hücumçular Kilian Mbappe və Lamin Yamal komiks qəhrəmanları Halk və Dəmir Adam ilə birgə animasiya tərzində təsvir olunublar.

Xatırladaq ki, hazırda La Liqanın turnir cədvəlində "Real Madrid" 9 oyundan topladığı 24 xalla liderdir, "Barselona" isə 22 xalla ikinci pillədə qərarlaşıb.

Tural

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
53
news.milli.az

1Источники