10:39 26.10.2025
10:39 26.10.2025
Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerasında 950 qol vuran ilk futbolçu olub.
Mynews.az xəbər verir ki, Ronaldo Səudiyyə Ərəbistanı Premyer Liqasının altıncı turunun "Əl-Həzm”lə səfər matçında qol vurub. Onun qolu hesabı 2-0 "Əl-Nassr"ın xeyrinə edib.
Ronaldonun ən yaxın rəqibi Lionel Messidir. "İnter Mayami”də çıxış edən argentinalı hücumçu 891 qola imza atıb.