RU

Bakı–Qazax magistralında QƏZA: İki nəfər ölüb

Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 6 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolda hərəkətdə olan "KamAZ" və "Qazel" markalı yük avtomobilləri toqquşub. Nəticədə "Qazel"in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 
 

Избранный
82
9
7news.az

10Источники