BAKI, 26 oktyabr. TELEQRAF
"Belqrad Rusiya və Ukrayna arasında sülh danışıqlarını keçirməyə hazırdır".
Teleqraf xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiç "Fox News"a açıqlamasında deyib.
O bildirib ki, Serbiyanın üstünlüyü onun münaqişədə iştirak edən bütün tərəflərlə dost münasibətlərə malik olmasıdır:
“Serbiya bu dəhşətli faciəyə son qoymaq üçün, əgər maraq olarsa, danışıqlara ev sahibliyi etməyə hazırdır. Müharibə dərhal dayandırılmalıdır və Serbiya BMT tərəfindən tanınan sərhədlər çərçivəsində bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir".