Yaponiyanın “HTV-X” adlı pilotsuz yük raketi Tanegaşima Kosmik Mərkəzindən buraxılıb.
Aznews.az xəbər verir ki, bu barədə Kyodo agentliyinin məlumat yayıb.
Yeni enerji sistemi ilə təchiz edilmiş HTV-X, aşağı temperatur tələb edən eksperimental nümunələri də daşıya bilir.
Kosmik aparatın 30 oktyabrda kosmik mərkəzə çatacağı, 6 ay stansiyaya qoşulu qalacağı, daha sonra isə 3 ay ərzində sınaqlar üçün orbitdə hərəkət edəcəyi gözlənilir.
 
                        