RU

Bu gərginlik də tez bir zamanda həllini tapacaq Tramp

Olke.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakı gərginliyin tez bir zamanda həllini təmin edəcəyini bildirib.

"Ölkə.az" xəbər verir ki, o, bu barədə Malayziyanın paytaxtı Kuala Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammitində bildirib.

Sammitdə iştirak edən Tramp iki ölkə arasındakı əlaqələrə dair qiymətləndirmələr edərək bunları söyləyib:

"Mən eşitdim ki, Pakistan və Əfqanıstan arasında danışıqlar başlayıb. Mən bunun çox tez həll olunacağına əminəm".

O, ölkə liderlərini "gözəl insanlar" adlandırıb.

Xatırladaq ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan arasında baş verən sərhəd toqquşmalarından sonra elan edilən 48 saatlıq atəşkəs Türkiyə və Qətərin dəstəyi ilə uzadılmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
9
olke.az

10Источники