ain.az, Xalqcebhesi saytına istinadən bildirir.
Bir neçə ay öncə PKK terror təşkilatının ləğv olunması ilə bağlı qərarı bu təşkilatın yaradıcısı, hazırda Türkiyədəki İmralı cəza evində məhkumluq həyatı yaşayan baş terrorist Abdulla Öcalan tərəfindən verilsə də, lakin vəziyyət göründüyünün tam əksinədir.
Bunu xalqcebhesi.az-a politoloq Bakir Həsənbəyli PKK-nın Türkiyəni birdəfəlik tərk etməsinə münasibətdə deyib.
O, qeyd edib ki, PKK nə Öcalan, nə də, ayrı-ayrı terrorçular tərəfindən idarə olunan təşkilat deyil. Yaradılışından bu günə qədər də, belə olub. PKK terror təşkilatının illərlə fəaliyyət göstərməsində, silah və maliyyə ilə təmin olunmasında rol alan dövlətlər onu idarə edir: "Məsələn ABŞ PKK-nın Suriya qolu PYD-ni özünün guya İŞİD-lə mübarizədə müttəfiqi adlandırır. Müxtəlif mənbələrin iddialarına nəzər salsaq PYD-nın istifadəsində 50 mindən çox döyüşçü və ABŞ-ın həddiyyə etdiyi 9 milyard dollar dəyərində silah-sursat var. Bundan başqa onlar nəzarət etdiyi ərazilərdəki neft və qaz resurslarından da, sərbəstcəsinə istifadə edirlər. Bu isə milyardlarla dollar əlavə vəsait deməkdir. Bura insan, orqan, silah, narkotik və s. qara ticarəti də əlavə etsək fantastik rəqmin şahidi olarıq. Belə olan təqdirdə bu qədər vəsaitdən və silahdan bir qərarla imtina da, inandırıcı deyil. Lakin yuxarıda qeyd etdiyim kimi PKK kənar təsirlərlə idarə olunduğu üçün Türkiyədən çıxma qərarı verilir.
Əvvəla Türkiyə artıq regional deyil, qlobal oyunçudur. Yaxın Şərqin yenidən şəkillməsində PKK-nı idarə edənlərin Türkiyəyə ciddi ehtiyacları var. Türkiyə üçün təhlükə yaradıb, sonra ondan yardım istəmək absurd olduğu üçün PKK ilə bağlı mövcud addımlar atılır. Lakin PKK vahid formada fəaliyyət göstərmir. Onun İran, İraq, Suriya qolları var. Bu isə terror təşkilatının tamamilə ləğv olunmasını sual altına alır.
Hazırda sadəcə kənara çəkilmədən söhbət gedə bilər. Lakin müəyyən zaman kəsimində həmin qüvvələr bu terror təşkilatından yenidən istifadə etmək “hüquqlarını” özlərində saxlayırlar".
Cavid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.