RU

Rusiyada ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, beş nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Russian Today” Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə istənadən məlumat verib.

İlkin məlumata görə, hadisə yeddi yük maşınının və bir minik avtomobilinin iştirakı ilə baş verib. Toqquşmadan sonra bir neçə nəqliyyat vasitəsi alovlanıb və tamamilə yanıb. Ümumilikdə beş avtomobilin yanaraq yararsız hala düşdüyü bildirilir.

Избранный
46
4
apa.az

5Источники