RU

Azərbaycan türk dünyasında enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində səylərin təşviqində mərkəzi rol oynayır - TDT Baş katibi

Bakı. Trend:

Azərbaycan türk dünyasında enerji təhlükəsizliyiningücləndirilməsi istiqamətində səylərin təşviqində mərkəzi roloynayır.

Bunu Trend-ə TürkDövlətləri Təşkilatının Baş katibi Kubançıbek Ömüralıyev verdiyiözəl müsahibədə bildirib.

Enerji sektoru isə prioritet olaraq qalır, çünki türk dövlətləribirlikdə dünyanın aparıcı enerji tədarükçüləri üçlüyünədaxildirlər. Birgə layihələr təkcə enerji təhlükəsizliyiniartırmır, həm də “yaşıl keçid” üçün platforma yaradır. Bunun parlaqnümunəsi Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpa olunanenerji sahəsində strateji tərəfdaşlıqdır; bu tərəfdaşlıq OrtaDəhliz boyunca “Yaşıl Enerji Körpüsü”nün yaradılmasına yönəlib”, –deyə Ömüralıyev əlavə edib.

Bundan başqa, TDT baş katibinin sözlərinə görə, Azərbaycan,Gürcüstan, Macarıstan və Rumıniya enerji sahəsində “yaşıl dəhliz”təşəbbüsü çərçivəsində əməkdaşlığı inkişaf etdirirlər.

“Layihənin əsasını Qara dənizin altı ilə çəkiləcək yüksəkgərginlikli sualtı kabel təşkil edir. O, Cənubi Qafqazı Avropaİttifaqının enerji sistemi ilə birləşdirəcək. Layihə əsasən küləkvə günəş enerjisi olmaqla, Azərbaycanın və Gürcüstanın enerjipotensialını Rumıniya vasitəsilə Macarıstan və daha geniş Avropaenerji şəbəkəsinə inteqrasiya etmək məqsədi daşıyır.

Azərbaycanın külək enerjisi potensialı xüsusilə təsirlidir - 157QVt səviyyəsində qiymətləndirilir, bu isə ölkənin daxili tələbatınıxeyli üstələyir və Avropaya “təmiz enerji” ixracı üçün genişimkanlar açır. 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı SOCAR,Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş ƏrəbƏmirliklərinin “Masdar” şirkətləri ilə təxminən 3,5 QVt gücündədəniz külək enerjisi layihələrinin işlənməsi üzrə AnlaşmaMemorandumu imzalayıb.

Məqalədə:
Избранный
40
1
az.trend.az

2Источники