RU

AİB Bakı metrosunun dekarbonizasiyası üzrə 700 min dollarlıq layihəni təsdiqlədi

BAKI, 27 oktyabr. TELEQRAF

Asiya İnkişaf Bankı (AİB) 700 min ABŞ dollar dəyərində olan "Bakı Metropoliteni" QSC-nin dekarbonizasiyası üzrə layihəni təsdiqləyib.

Teleqraf xəbər verir ki, “Ağıllı və dayanıqlı şəhər nəqliyyatı gələcəyi naminə "Bakı Metropoliteni" QSC-nin dekarbonizasiyası” adlı texniki yardım layihəsini təsdiqləyib.

Layihə çərçivəsində Bakı metrosunun enerji səmərəliliyinin artırılması və təmiz enerji texnologiyalarının tətbiqi ilə müasirləşdirilməsi nəzərdə tutulur.

Layihə üzrə AİB-in Təmiz Enerji Fondunun vəsaiti hesabına 700 min ABŞ dolları ayrılacaq. Bu vəsait metroda enerji istehlakını və istismar xərclərini azaltmaq, həmçinin günəş enerjisi və batareya enerji saxlama sistemlərinin (BESS) tətbiqi kimi bərpa olunan enerji həllərini inteqrasiya etmək üçün istifadə olunacaq.

Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Proqram həmçinin ağıllı enerji idarəetmə sistemlərinin, qabaqcıl məlumat analitikası və proqnozlaşdırıcı texniki xidmət alətlərinin tətbiqini nəzərdə tutur.

“Bakı Metropoliteninin fəaliyyətinin dekarbonizasiyası şirkətin Azərbaycanın milli müəyyən edilmiş töhfələrinə (NDC) nail olunmasına dəstək vermək istiqamətindəki öhdəliyini nümayiş etdirəcək və bu, həm normativ, həm də maliyyə stimullarını təmin edəcək. Bu proses Bakı Metropoliteninə beynəlxalq standartlara və qabaqcıl təcrübələrə uyğunlaşmağa imkan verəcək. Metronun dekarbonizasiyası həmçinin biznes səmərəliliyinin artması və istismar xərclərinin azalması deməkdir”, - deyə layihə sənədində qeyd olunub.

Избранный
37
teleqraf.com

1Источники