Ajans.az xəbər verir ki,bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka Vulkan Püskürməsinə Qarşı Mübarizə Qrupu məlumat yayıb. Açıqlamada deyilir: “Saat 12:59-da (Bakı vaxtı ilə 04:59) Kraşeninnikov vulkanında baş verən partlayış nəticəsində kül 3,5 km hündürlüyə qalxıb. Kül buludu vulkandan 77 km məsafədə, şərq-cənub-şərq istiqamətində yayılıb. Aviasiya rəng kodu – narıncıdır. Vulkan aktivliyi yerli hava uçuşları üçün potensial təhlükə yaradır.” Bu, son 24 saat ərzində qeydə alınan ikinci kül püskürməsidir. Daha əvvəl vulkan 2,4 kilometr hündürlüyə qədər kül püskürmüşdü.