RU

Yanvar-sentyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi açıqlandı

Bakı. Trend:

Cari ilin yanvar sentyabr aylarında Azərbaycanla Almaniyaarasında ticarət əməliyyatlarının ümumi həcmi 1,103 milyard ABŞdolları təşkil edib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin analojigöstəriciləri ilə müqayisədə 2 milyon ABŞ dolları və ya 0,2 faizçoxdur.

Hesabat dövründə Almaniya ilə ticarət əməliyyatlarınınAzərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 3,12 faiztəşkil edib. Beləcə Almaniya Azərbaycanın həcm baxımından ən çoxqarşılıqlı ticarət əməliyyatları həyata keçirdiyi ölkələr sırasındabeşinci yeri tutur.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Almaniyaya468,2 milyon ABŞ dollar dəyərində məhsul ixrac olunub. Bu 2024-cüilin eyni dövrü ilə müqayisədə 30,6 milyon dollar və ya 6,1 faizazdır. Eyni zamanda qeyd olunur ki, Almaniyadan Azərbaycana həmindövrdə 635,1 milyon ABŞ dolları həcmində məhsul idxal olunub ki, buillik ifadədəd 32,6 milyon ABŞ dolları və ya 5,4 faiz çoxdur.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin ilk doqquz ayındaAzərbaycan xarici ölkələrlə ümumi dəyəri 35,375 milyard ABŞ dollarıolan ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrüilə müqayisədə 877 milyon dollar və ya 2,5 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmi ixrac üzrə 18,606milyard ABŞ dolları, idxal üzrə isə 16,769 milyard ABŞ dollarıtəşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi1,248 milyard dollar (yaxud 6,3 faiz) azalıb, idxal isə 2,126milyard dollar (yaxud 14,5 faiz) artıb.

Məqalədə:
Избранный
22
50
az.trend.az

10Источники