RU

Fəzail Ağamalının övladları barədə dedikləri...

Oğlum Elçin yolumu davam etdirir

Bu sözləri Fəzail Ağamalı 15 il öncə verdiyi müsahibədə oğlu Elçin Ağamalı haqqında deyib:" İkinci övladım Elçin siyasətə daha çox meyillidir. Partiyada beynəlxalq məsələlər üzrə mənim müavinimdir. Yəni yolumu davam etdirən var”. Xatırladaq ki, Fəzail Ağamalı bir neçə gün öncə "Müsavat.com"- a açıqlamasında Elçin Ağamalının partiyada heç bir xidmətinin olmadığını vurğulayıb.

Müsahibəni olduğu kimi təqdim edirik:

Fəzail Ağamalının 3 övladı var: 2 oğlan, bir qız.

“İlk övladım Yalçındı. 36 yaşı var. O, iki universitet bitirib. Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuduqdan sonra İqtisad Univeristetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə daxil olub. Oranı da yüksək nəticələrlə başa vurub. Tarix elmləri namizədidir. Hazırda İqtisadi İnkişaf Nazirliyində məmur olaraq çalışır. Evlidir 2 oğlu var”.

35 yaşlı Elçin isə Fəzail Ağamalının ikinci övladıdır. O da böyük qardaşı kimi iki ali təhsil alıb. “Elçin Bakı Dövlət Universitetinin Beynəlxalq hüququnu qurtarıb. Sonra da Prezident yanında Dövlət İdarəçilik Akedemiyasını bitirib. Hazırda iş adamı kimi fəaliyyət göstərir. Evlidir. Bir oğlu, bir qız var”.

Ana Vətən Partiyasının sədrinin son övladının-yeganə qızının 27 yaşı var: “Qızım Xarici Dillər Universitetini bitirib. İndi də xarici dil mütəxəssisi kimi çalışır. O da ailəlidir, 3 övlad sahibidir. 2 qızı, bir oğlu”.

Millət vəkili bildirir ki, övladları ixtisaslarını müstəqil olaraq seçib. “Mən məcbur etməmişəm ki, bu peşəyə sahib olun. Özlərinin azad seçimləridir”.

F.Ağamalının sözlərinə görə, övladları pis vərdişlərə yiyələnməsin deyə, vaxtında onlara müəyyən qadağalar tətbiq edib: “Mən xüsusi onların fəaliyyətini, dünyagörüşünü məhdudlaşdıran, formalaşmalarına mane olan qadağa qoymamışam. Normal ailələrdə normal qadağalar olduğu kimi, bizim də ailədə qadağalar olubdu. İmkan verməmişik ki, övladlarımız, xüsusən də oğlanlarımız pis vərdişlərə yiyələnsinlər. Başqa sözlə desək, o pis vərdişlər nədi: siqaret çəkmək, içkiyə meyillilik. Allaha sükür, bunlar mənim övladlarımda yoxdur. Əvəzində onlarda insanpərvərlik, yüksək dəyərlər, Azərbaycanın milli adət-ənənəsinə hömət ruhunda böyüyüblər. Mühafizəkar bir azərbaycanlı kimi, mən və uşaların anası çalışmışıq ki, onları bu cür tərbiyə edək.Və belə də tərbiyələniblər. İndi də bu cür qazancları öz üzərlərində daşıyırlar”.

Partiya sədrinin sözlərinə görə, o övladlarının nə iş, nə də ki, şəxsi həyatına müdaxilə edir: “Onlar çalışırlar ki, ümumiyyətlə bizi öz şəxsi həyatlarına qatmasınlar. Özləri öz problemlərini həll edirlər. Elə bir hal olmur ki, mən, yaxud anası onların şəxsi həyatına müdaxilə edək. Eləcə də iş həyatlarında da onlar müstəqidirlər. İkinci oğlum Elçin bizim iradəmizin əksinə olaraq dövlət işindən çıxdı, başladı bineslə məşğul olmağa”.

Övladları ilə birgə istirahət etmələrinə gəlincə, F.Ağamalı deyir ki, bütün yayı, əsasən də iyun ayından başlayaraq övladları ilə birlikdə istirahət edir. “Xüsusilə də nəvələrimlə bərabər oluram. Birlikdə istirahət edirik. Bu, deyərdim mənim üçün ən gözəl istirahət anlarıdır. Nəvələrimin hamısı mənim üçün əzizdir, heç birinə fərq qoymuram. Hamısını çox istəyirəm. Övladlarım da həmçinin, hamısı mənim üçün eyni dərəcədə sevimlidirlər. Üç övladımı da eyni dərəcədə sevirəm. Onların hər üçü müxtəlif tərəflərdən mənə oxşayırlar. Əsas odur ki, bunlar bir-birlərini tamamlayır. Yəni xarakterində, təbiətində, hərəkət və davranışlarında  mənimlə onlar arasında ziddiyyət yarada biləcək məqamlar yoxdur. Övladlarımın hər birindən razıyam, Allah onları xoşbəxt eləsin”.

“Övladlarınızdan hansınınsa sizin yolunuzu davam etdirməsini istərdinizmi” sualını millət vəkili belə cavablandırıb. “Siyasət kifayət qədər çətin peşədir. Mən istəməzdim övladlarım bu peşənin ardınca getsinlər. Lakin hər kəsin öz seçimi var, buna da hörmətlə yanaşmaq lazımdır. İkinci övladım Elçin siyasətə daha çox meyillidir. Partiyada beynəlxalq məsələlər üzrə mənim müavinimdir. Yəni yolumu davam etdirən var”.

 

 

Təhminə Paşayeva

Избранный
65
25
gundem.az

10Источники