RU

Tramp Putinin bəyantaına cavab verib | VİDEO

xəbər verir ki, Kremlin rəhbəri Vladimir Putinin Rusiyanın nüvə qurğusu ilə təchiz olunmuş“Burevestnik” qanadlı raketini“uğurla sınaqdan keçirməsi” barədə açıqlamasını ABŞ prezidenti Donald Tramp belə şərh edib.

“Onlar bilirlər ki, Rusiyanın sahillərində bizim dünyada ən güclü olan nüvə sualtı qayıqımız var. Yəni, onun səkkiz min mil məsafəni qət etməsi lazım deyil”, - Ağ Evin rəhbəri Asiyaya səfəri zamanı “Air Force One” prezident təyyarəsində jurnalistlərə deyib.

Amerika liderinin sözlərinə görə, Moskva silahlar nümayiş etdirmək əvəzinə Ukrayna ilə müharibəni bitirməyə diqqət yetirməlidir.

- Düşünmürəm ki, Putin bu cür bəyanatlar verməməlidir. O, müharibəni bitirməlidir. Bir həftə davam etməli olan müharibə artıq dördüncü ildir gedir. O, raketləri sınaqdan keçirmək yox, bunu etməlidir”, - Donald Tramp vurğulayıb.

ABŞ prezidenti, eyni zamanda, Moskva vəVaşinqtonun ibr-biri ilə oyun oynamadıqlarını diqqətə çatdırıb. Jurnalistlərin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin mümkünlüyü ilə bağlı sualına Donald Tramp“Biləcəksiniz”cavabını verib.


Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin “Burevestnik” raketinin sınaqlarının əsas mərhələlərinin başa çatdığını deyib.

“Həlledici sınaqlar başa çatıb, lakin yeni silahın Rusiya Silahlı qüvvələrinin ilə döyüş növbəsimnəyerləşdirilməsindən əvvəl hələ də lazımi tənzimləyici təsdiqləmələr tələb olunur”,- Putin bildirib.

Rusiya tərəfinin iddiasına görə, təxminən 15 saat havada olan raket 14 min kilometrdən çox məsafə qət edib.

“Burevestnik” Rusiyanın nüvə enerjisi qurğusu ilə təchiz edilmiş qanadlı raketidir. Rəsmi məlumata əsasən, raket praktiki olaraq qeyri-məhdud məsafənin qətinə və müasir raketdən müdafiə sistemlərinə nüfuz etmək qabiliyyətinə malik strateji silahdır. Rusiya rəhbərliyi bu sahədə aparılan işlər barədə ild dəfə 2018-ci ildə açıqlama verib.


Sahil İsgəndərov
AzVision.az
Избранный
37
11
azvision.az

10Источники