ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 27 oktyabr,AZƏRTAC
“Difai” Futbol Klubunun vitse-prezidenti Namik Ramazanov “İdmanın idarəedilməsi” üzrə FIFA/CIES beynəlxalq proqramını müvəffəqiyyətlə başa vuraraq diplomla təltif olunub.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) və Kolumbiya Futbol Federasiyasının dəstəyi, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) və Kolumbiyanın “Serxio Arboleda” Universitetinin təşkilatçılığı ilə həyata keçirilən proqram altı ay davam edib. 2004-cü ildən etibarən 20-dən çox ölkədə tətbiq olunan FIFA/CIES beynəlxalq proqramı idman idarəçiliyi sahəsində aparıcı tədris təşəbbüslərindən biri hesab olunur. Proqram çərçivəsində iştirakçılara idman hüququ, marketinq və sponsorluq, kommunikasiya, maliyyə idarəçiliyi və tədbirlərin təşkili üzrə müasir bilik və bacarıqlar aşılanır.
Kolumbiya Futbol Federasiyasının inzibati binasında keçirilən diplomların təqdimetmə mərasimində çıxış edən həmyerlimiz Namik Ramazanov FIFA/CIES beynəlxalq proqramını uğurla başa vurmuş azərbaycanlı nümayəndə kimi bu nailiyyətin onun üçün həm şəxsi, həm də peşəkar baxımdan önəmli mərhələ olduğunu bildirib. O, idman və mədəniyyətin xalqları birləşdirən universal dəyərlərdən olduğunu vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.