RU

İstanbulda 21 İŞİD üzvü saxlanılıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul, 27 oktyabr, Günel Karatepe, AZƏRTAC

İstanbulda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Şəhərin 11 rayonda yerləşən 22 ünvanda aparılan əməliyyat nəticəsində 21 şübhəli saxlanılıb.

AZƏRTAC xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində şəhərdə 9-u xarici döyüşçü terrorçu olmaqla, 24 İŞİD üzvünün olduğu müəyyən edilib.

Onların təşkilatın ünsiyyət vasitəsi olan “Rockhetchat” adlı tətbiqdən istifadə etdikləri, sosial mediada İŞİD-in təbliğatını apardıqları və döyüş bölgələri ilə əlaqədə olduqları aşkarlanıb.

Digər üç şübhəlinin saxlanılması istiqamətində əməliyyatlar davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
11
azertag.az

9Источники