RU

Bahar Muradova: Bu il ilk dəfə Naxçıvandan 14 nəfər “Hənifə Məlikova Zərdabi” adına təqaüd proqramına qoşulub

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 27 oktyabr, AZƏRTAC

“Hənifə Məlikova-Zərdabi” adına təqaüd proqramı ölkəmizin parlaq gələcəyi naminə atılmış mühüm addımlardan biridir və artıq ilk nəticələrini verməkdədir. Qürurla qeyd etmək istəyirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin iştirakı və Təhsil İnkişaf Fondunun təşkilatçılığı, həmçinin milli sahibkarlarımızın yaxından dəstəyi ilə bu layihəni reallığa çevirməyə nail olmuşuq.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində deyib. O bildirib ki, artıq beş ildir bu təqaüd proqramı Azərbaycan dövlətinin qadınların və qızların inkişafına yönəlmiş ardıcıl siyasətinin, eyni zamanda, cəmiyyətin fəal nümayəndələrinin bu siyasətə verdiyi cavabın bariz nümunəsidir: “Bu layihə təkcə maddi dəstək deyil, həm də özünəinamın, azad seçim imkanının və biliyə yönəlmiş mübarizənin rəmzidir.

Təqaüdü qazanan gənclər Azərbaycanın 57 rayonunu və 16 şəhərini təmsil edirlər. Bu, layihənin ölkə üzrə geniş əhatə dairəsini və real sosial təsir gücünü nümayiş etdirir”.

Bahar Muradova qeyd edib ki, Bakı Dövlət Universitetindən 23 tələbə sözügedən təqaüdə layiq görülüb: “Bu il ilk dəfə Naxçıvandan 14 nəfər layihəyə qoşulub. Mühəndislik, texnologiya, informasiya elmləri ixtisaslarına qəbul olunan gənc qızlarımızın sayı nəzərəçarpacaq dərəcədə artıb. Data analitika üzrə təhsil alan qızlar bu il ilk dəfə layihənin təqaüdünü qazanıblar. Artıq demək olar ki, ölkənin bütün aparıcı universitetlərində bu layihənin iştirakçısı olan onlarla tələbə qızlarımız təhsil alır. Bu, bizim üçün qürur mənbəyidir və eyni zamanda böyük məsuliyyətdir. Çünki biz bilirik: savadlı qadın gələcəyin savadlı anasıdır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
93
9
azertag.az

10Источники