RU

Azərbaycan Astanada su ehtiyatlarının idarə olunması üzrə regional təlimdə təmsil olunub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Astana, 27 oktyabr, AZƏRTAC

Astanada kənd təsərrüfatında su ehtiyatlarının idarə olunmasının modernləşdirilməsinə həsr edilmiş regional təlim keçirilib.

AZƏRTAC Qazaxıstanın Su Ehtiyatları və Suvarma Nazirliyinə istinadla xəbər verir ki, təlimin iştirakçıları arasında Qazaxıstan Respublikası Parlamenti Senatının deputatları, regional icra orqanlarının və elmi təşkilatların nümayəndələri, həmçinin Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Türkiyədən gəlmiş nümayəndə heyətləri, eləcə də beynəlxalq təşkilatların aparıcı ekspertləri olublar. Onların sırasında Quraq Regionlarda Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA) və Su Ehtiyatlarının İdarə Olunması üzrə Beynəlxalq İnstitutun (IWMI) nümayəndələri də yer alıblar.

Müzakirələrin yekununda iştirakçılar əməkdaşlığın gələcək əsas istiqamətlərini müəyyənləşdiriblər. Bu istiqamətlərə su ehtiyatlarının idarə olunmasında rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, regional məlumatların və transsərhəd su istifadəsinin qabaqcıl təcrübələrinin mübadiləsi, eləcə də kadr potensialının inkişafı və mütəxəssislərin peşəkarlıq səriştələrinin artırılması daxildir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
46
azertag.az

1Источники