
İtaliya A Seriyasının təmsilçisi “Yuventus” baş məşqçisi İqor Tudorla qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.
Missiya.Az xəbər verir ki, klub Tudor və komandasına göstərdikləri səylərə görə təşəkkür edib.
Klubun açıqlamasına görə, Juventus B-nin baş məşqçisi Massimo Brambilla müvəqqəti olaraq əsas komandaya rəhbərlik edəcək. Brambilla çərşənbə günü “Udineze” ilə keçiriləcək oyunda ehtiyat oyunçular skamyasında olacaq.
47 yaşlı Xorvatiyalı mütəxəssis “Yuventus”un baş məşqçisi olduğu 24 oyunda 10 qələbə, 8 heç-heçə və 6 məğlubiyyət əldə edib. Tudor daha əvvəl Türkiyənin “Karabükspor” və “Qalatasaray” klublarında da çalışıb.
Seyranə QuliyevaMissiya.Az