"İmişli"nin futbolçusu Vüsal Qəmbərov “Kəpəz”lə keçirilən oyunda aldığı zədə nəticəsində qamış (tibia) və incik (fibula) sümüklərinin sınığı diaqnozu ilə 27 oktyabr 2025-ci il tarixində əməliyyat olunub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçuya qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub.
Əməliyyat uğurla həyata keçirilib, oyunçunun vəziyyəti stabil və qənaətbəxşdir.
Vüsal Qəmbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq. Klub rəhbərliyi və həkim heyəti futbolçunun tam bərpası və tezliklə meydanlara qayıtması üçün bütün zəruri şəraiti təmin edir.
saytlarin hazirlanmasi