Azərbaycan və Türkiyə prezidentləri gələn ilin yazında keçiriləcək VIII Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün İrəvana dəvət olunublar.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə bildirib.
O, dəvətin hələlik şifahi şəkildə göndərildiyini qeyd edib.