Demokrat.az-ın məlumatına görə, seminarın açılış hissəsində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxışında bildirib ki, süni intellekt texnologiyaları artıq medianın gələcək inkişaf trayektoriyasını formalaşdıran əsas amillərdən birinə çevrilərək xəbər istehsalı və informasiya axınının idarə olunmasında yeni yanaşmalar tələb edir. Bu səbəbdən ADA Universiteti son illər süni intellekt və rəqəmsal bacarıqlar üzrə müxtəlif təlim və ixtisasartırma proqramları həyata keçirir, elmi araşdırmalar, beynəlxalq əməkdaşlıqlar qurur.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında vurğulayıb ki, süni intellektin sürətli inkişafı media sahəsində yeni imkanlar yaratmaqla yanaşı, bu sahənin nümayəndələrinin peşəkar məsuliyyətinin artmasını zəruri edir. O vurğulayıb ki, müasir dövrdə jurnalistlər informasiyanın toplanması, emalı və yayımında innovativ alətlərdən effektiv istifadəni bacarmalı, süni intellekt texnologiyalarının tətbiqi zamanı etik prinsiplərə və doğruluq meyarlarına xüsusi diqqət yetirməlidirlər.
Təlimçi qismində çıxış edən Rəqəmsal marketinq və kütləvi kommunikasiyalar sahəsi üzrə dosent, Neyroelmlər Laboratoriyasının rəhbəri, tanınmış alim Dr. Nikolas Hamelin “Giriş və mediada süni intellekt inqilabı”, “Məlumatların skreypinqi: İctimai məlumatlandırmada data analitikası”, “Süni intellekt ilə idarə olunan brend və məhsul təqdimatı”, “Big Data” və generativ süni intellekt vasitəsilə cəlbedici media məzmununun yaradılması”, “Strateji inteqrasiya və gələcəyə baxış” adlı modullar ətrafında iştirakçılarla fikir mübadiləsi aparıb. Müzakirələr zamanı vurğulanıb ki, süni intellektin mediada tətbiqi informasiya istehsalında operativliyi artırmaqla yanaşı, etik yanaşma və məsuliyyətli informasiya siyasətini ön plana çıxarır.




10Источники
-
sia.az"Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb - FOTOLAR ( 22857340)
-
hurriyyet.azMedia nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanıldı — FOTOLAR ( 22856293)
-
konkret.azİki gün davam edəcək seminarlara başlanılıb KONKRET ( 22854031)
-
konkret.azMedia nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanıldı — FOTOLAR ( 22853977)
-
xalqqazeti.az“Süni intellektin mediada tətbiqi” ( 22852852)
-
xalqqazeti.az“Süni intellektin mediada tətbiqi” ( 22852756)
-
olaylar.azMedia nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb ( 22850113)
-
dogru.azADA Universiteti və Medianın İnkişafı Agentliyi media nümayəndələri üçün süni intellekt təliminə başlayıb ( 22840987)
-
dogru.azADA Universiteti və Medianın İnkişafı Agentliyi media nümayəndələri üçün süni intellekt təliminə başlayıb ( 22840969)
-
demokrat.azMedia nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanıldı — FOTOLAR ( 22840603)