RU

“Qəhrəman şəhidlərimiz” kitabının təqdimatı olub

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərçivəsində 2025ci il il üçün nəzərdə tutulmuş kiçik qrant müsabiqəsinin qalibləri sırasında “Məlahətli Ana” uşaqlara yardım ictimai birliyidə yer tutmuşdur.

Bu barədə layihənin rəhbəri “Məlahətli Ana” uşaqlara yardım ictima birliyin sədri Natiq Əhmədovməlumat verib. Onun sözlərinə görə, “Ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlili” layihəsi çərçivəsində “Qəhrəman şəhidlərimiz” adlı kitab gənclərə, şəhid və qazi ailələrdən olan 48 iştirakçıya kitabın təqdimat mərasimində paylanıldi. Tədbir Nərimanov rayonu, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində   keçirildi.

Tədbirdə şəhid ailələri, qazilər və digər qonaqlar iştirak edirdi. Tədbirdə müəllif özü kitab haqqında məlumat verdi. O, qeyd etdi ki  kitab təqvim şəklində xronoloji olaraq yazılıb. I Qarabağ və II Qarabağ (Vətən) müharibələrinin şəhidləri haqqında ətraflı məlumat veriləcək . Eləcədə Zəfər qələbəmizi gələcək nəsillərə çatdırmaq   məqsədini daşıyır.

Şəhid xanımı Mətanət xanım, Peşə Təhsil Mərkəzinin nümayəndələri, yazıçı-ziyalılar çıxış etdilər. Kitabın əhəmiyyətini bir daha diqqətə çatdırdılar. Sonda İctimai birliyin sədri Natiq Əhmədov QHT Agentliyinə maliiyə dəstəyi üçün öz təşəkkürünü bildirdi.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
15
azpost.info

10Источники