RU

Azərbaycan və ABŞ arasında viza rejimi sadələşdirilə bilər

Azərbaycanla-ABŞ əlaqələri Vaşinqton sülhündən sonra daha da inkişaf edib. Bəs maraqlıdır, gələcəkdə iki ölkə arasında viza rejimi sadələşdirilə bilər?Siyasi şərhçi Əziz Əlibəyli Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Birləşmiş Ştatlar arasında Əməkdaşlıq Xartiyasının imzalanması gözlənilir: "Məncə, müasir diplomatiya tarixində şəxsən Birləşmiş Ştatlar rəhbərinin daha çox fərdi mənada hörmət və yüksək dəyər verdiyi dövlət başçısı Azərbaycan prezidentidir. Azərbaycan və ABŞ arasında viza əməkdaşlığının da istisna edilmədiyi fikrini səsləndirmək olar. Bu əməkdaşlıq vizalarla da müşayiət oluna bilər".Ə.Əlibəylinin sözlərinə görə, iki ölkə arasında münasibətlər, xüsusilə Amerikada davam edən miqrasiya problemləri fonunda, daha çox ikitərəfli proqramlar vasitəsilə tənzimlənəcək:"Yəni Azərbaycanda xüsusi kateqoriyalı şəxslərin səfərlərinin asanlaşdırılması, xüsusi missiyalı işçi vizaları, təhsil vizaları və digər məqsədli səfərlərə yönəlik xüsusi kateqoriyanın müəyyən edilməsi nəzərdə tutulur".

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
6
1
metbuat.az

2Источники