RU

Türkiyə İsraillə gərginlik fonunda onlarla qırıcı alır – Reuters

Türkiyə və Böyük Britaniya 20 ədəd yeni Eurofighter Typhoon qırıcısının satışına dair razılaşma imzalayıb.

Editor.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, müqavilənin dəyəri 8 milyard funt sterlinq (təxminən 10,7 milyard ABŞ dolları) təşkil edir. Saziş Böyük Britaniyanın baş naziri Kir Starmer və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanıb.

Agentliyin yazdığına görə, bu addım Türkiyənin hərbi gücünü artırmaq və regionda, xüsusən də İsraillə artan gərginlik fonunda müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədi daşıyır.

Eurofighter Typhoon qırıcıları Avropanın aparıcı müdafiə şirkətlərindən ibarət konsorsium tərəfindən istehsal olunur və dünyanın ən müasir çoxməqsədli döyüş təyyarələrindən sayılır.

//Samir Qurbanov, Editor.az

Избранный
35
editor.az

1Источники