RU

ISU ballistik raket formalı oyuncaqla bağlı çinli konkisürənləri araşdırır – VİDEO

Beynəlxalq Konkisürmə Birliyi (ISU) Çunçin şəhərində keçirilən ISU Fiqurlu Konkisürmə Qran Prisindən sonra Çin fiqurlu konkisürənləri Jen Cunfey və Sin Tszyanin haqqında araşdırma başladıb.

İdman.Biz-in Associated Press-ə istinadən verdiyi məlumata görə, araşdırma, konkisürənlərin sərbəst konkisürmə yarışından sonra baş verən hadisədən qaynaqlanıb. Hadisədə konkisürənlər “kiss and cry” zonasında əllərində DF-61 ballistik raketi formasında oyuncaq tutublar.

ISU-nun məlumatına görə, oyuncağın tamaşaçılar tərəfindən çıxışdan sonra buzun üzərinə atıldığı ehtimal edilir. Təşkilat hadisəni “qəbuledilməz” adlandırıb və daxili araşdırmaya başlayıb.

DF-61 raketi Çinin bu ilin sentyabr ayında Pekində keçirilən hərbi paradda nümayiş etdirilən yeni nüvə başlığı daşıya bilən qitələrarası ballistik raketidir.

İdman.Biz

Избранный
20
1
idman.biz

2Источники