RU

“Onların da PKK ilə bağları istisna deyil” Politoloq

Adelet.az saytına istinadən ain.az xəbər verir.

“PKK terror təşkilatı öz silahlı dəstələrini Türkiyə ərazisindən çıxardığını bəyan etdi. PKK terror təşkilatının liderləri bundan sonra, heç bir perspektivin olmadığını, geosiyasi reallıqların Türkiyənin leyhinə dəyişdiyinin fərqində oldular”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, həmçinin terror təşkilatına dəstək verən xarici mərkəzlərin regionda apardığı siyasət PKK vasitəsilə nəticəsiz oldu. PKK ayaqda qalmasında Türkiyədə bəzi  siyasətçilərdə maraqlı olub: 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK dəstək verən daxili mərkəzləri neytrallaşdırdı. Suriyanın şimal -Şərqində Kürd silahlıları mövcudluğunu qoruyub saxlayır. Onların da PKK ilə bağları istisna deyil. Bu qruplarında sıradan çıxarılması gözlənilir. Türkiyədə PKK probleminin həlli AKP növbəti seçkilərdə uğur qazandıra bilər”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
5
adalet.az

6Источники