RU

Qəbələdə avtomobil 59 yaşlı qadını vuraraq öldürdü

Qəbələ rayonunda avtomobil 59 yaşlı qadını vuraraq öldürüb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Bunud kəndi ərazisində baş verib.

Belə ki, İslam İsbəndiyarov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyada, 59 yaşlı Elmira Əhmədovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Избранный
17
12
avtosfer.az

10Источники