Bakı. Trend:
Oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli ƏsədovBelarus Respublikası Baş nazirinin müavini, iki ölkə arasındaiqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanınhəmsədri Natalya Petkeviçlə görüşüb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə,Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin hərtərəfliinkişafından məmnunluq ifadə olunub, iki ölkənin prezidentlərininfəal dialoqunun və birgə səylərinin bu inkişafı təmin edən əsasfaktor olduğu bildirilib.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındaiqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Bakıdakeçirilmiş 15-ci iclasının əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə,o cümlədən ticarət-iqtisadi, sənaye kooperasiyası, aqrar, humanitarvə digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha dagenişləndirilməsi perspektivləri müzakirə olunub.