Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" 18 iyul 2011-ci il tarixli qərarında dəyişiklik edib.
FED.az xəbər verir ki, qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xidməti minik avtomobillərinin say həddi 24-dən 42-yə çatdırılıb.
Artım qurumun ərazi və yerli bölmələr üzrə xidməti minik avtomobillərinin say həddinin 18-dən 36-ya çatdırılması hesabına baş verib.